Komandamız üçün növbəti şans

komandamiz-ucun-novbeti-sans
Oxunma sayı: 1003


 “Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, son oyun günündə “Azəryol” Polşada “Bank Fakro”nun qonağı olacaq. Bakı təmsilçisi cütün favoriti olsa da, onların səfərdə asanlıqla qalib gələcəyi gözlənilmir. Çünki “Lokomotiv”i mübarizədən kənarlaşdıran “Bank Fakro” evdə kifayət qədər inamlı oynayır. Qarşılaşmanın tay-brekə qədər uzanması istisna deyil.

CEV kuboku“Çelenc raund”, ilk oyun

23:30. “Bank Fakro” (Polşa) – “Azəryol” (Azərbaycan)

Hakimlər: Kiril Stoyanov (Bolqarıstan), Stefan Takayçvili (Gürcüstan)

Muşina, Muşinyanka İdman Sarayı

Qeyd edək ki, “Azəryol” Çempionlar Liqasında mərhələ adlaya bilmədiyindən mübarizəni CEV kubokunda davam etdirir.