Komandamız yarımfinalda!

komandamiz-yarimfinalda
Oxunma sayı: 815

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund” mərhələsinin cavab oyunlarına start verilib. “Qafqazinfo” xəbər verir ki, Bakının “Azəryol” klubu yarımfinala adlamaq üçün “Novara” ilə qarşılaşıb.

İlk qarşılaşmada 3:1 hesablı qələbə qazanan komandamız bu oyunda 2 set qazansaydı, növbəti mərhələyə adlayacaqdı. Təmsilçilərimiz 2:3 hesabı ilə məğlub olsalar da, yarımfinala adlayıblar.

11 fevral

CEV kuboku

Çelenc raund, cavab oyunu

“Novara” (İtaliya) - “Azəryol” (Azərbaycan) - 3:2 (25:23, 26:28, 25:23, 25:18)

Qızıl set: 13:15