Komandamız yarımfinalda oynayacaq

komandamiz-yarimfinalda-oynayacaq
Oxunma sayı: 645

Azerisport.az xəbər verir ki, bu gün turnirin yarımfinal oyunları keçiriləcək.

Bu mərhələyə qrup lideri kimi yüksələn Azərbaycan çempionu “Rabitə” də DÇ-nin finalına vəsiqə qazanmağa çalışacaq. Bu yolda komandamızın rəqibi Dominikan Respublikasını təmsil edən “Mirador”du.

Qeyd edək ki, “Rabitə” qrupdakı ilk oyununu Tailandın “Çanq” klubuna qarşı keçirmiş və 3:1 hesablı qələbəyə sevinmişdi. Braziliya “Osasco”su ilə qarşılaşma isə 3:2 hesablı qələbəyə ilə başa çatmışdı. “Mirador” isə öz qrupunda ilk olaraq Türkiyənin “Vakıfbank” klubuna 0:3 hesabıyla yenilib, ikinci matçında isə Keniyanın “Prisons” klubuna 3:2 hesabıyla qalib gələrək, qrup ikincisi kimi yarımfinala yüksəlib.