Məlum olduğu kimi, Slovakiyada keçirilmiş Avropa çempionatında minifutbol üzrə milli komandamız qalib gəlib. Millimiz tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub.
“Qafqazinfo” xəbər verir ki, bu qalibiyyət münasibətilə iyunun 15-də saat 19.00-da Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) konsert proqramı təşkil olunacaq. Milli komandanın iştirakı ilə keçiriləcək konsert proqramı mobil operator "Nar"ın dəstəyi ilə baş tutacaq. Tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group” və “Zirə” Peşəkar Futbol Klubudur.
Konsert proqramında rəsmi şəxslər və minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, kubok xüsusi avtobusla tamaşaçılara təqdim olunacaq, Xalq artistləri Zülfiyyə Xanbabayeva, Miri Yusif və müğənni Səmra çıxış edəcəklər.
Son xəbərlər
Son Xəbərlər