Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" - PAOK qarşılaşması baş tutub.
“Qafqazinfo”nun məlumatına görə, oyun qolsuz bərabərliklə başa çatıb.
Oyundan sonra rəqib komandanın futbolçusu Rikardo Kosta oyunla bağlı fikirlərini bölüşüb:
“Bizim üçün yaxşı oyun olmadı. Biz meydana üç xal üşün çıxmışdıq. Heç-heçəni pis nəticə saymıram. Çünki hələ ilk oyun idi. “Qəbələ” yaxşı komandadır.
Kosta komandamız haqqında olan təəssüratlarını da qeyd edib:
Heyətində cəld və sürətli futbolçular var. Əks hücumlar vaxtı da bunu görürdük. “Borusiya” qrupda çox güclü komandadır. Ona gorə də biz belə oyunlarda xal yığmalıyıq. Amma təəssüf ki, bunu bacarmadıq. Biz “Panatinaikos”un qisası barədə düşünmürdük. “Qəbələ” onları keçmək üçün böyük iş gördü.
Hər iki oyunda “Qəbələ” onlara qarşı yaxşı oynadı. Ümumiyyətlə, “Qəbələ” baxımlı futbol oynayır. Bu gün komandanızın qapıçısını xüsusilə qeyd edərdim. Çox yaxşı təsir bağışladı. “Fakundo da yaxşı futbolçudur. Onun “Qəbələ”yə çıx köməyi dəyəcək”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər