Komando hərbi hissəsində təlim məşqləri keçirildi - Video

Komando hərbi hissəsində təlim məşqləri keçirildi
Oxunma sayı: 979

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim məşqləri keçirilib.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, komandolar maneələr zolağından keçid açma, eləcə də sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə  müxtəlif yerdəyişmə üsullarını məşq ediblər.

Təlimdə yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmən qüvvələrinin zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər icra olunub.

Komandolar qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Qeyd edək ki, keçirilən təlim məşqlərinin əsas məqsədi Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.