Kombi oğruları tutuldu

kombi-ogrulari-tutuldu
Oxunma sayı: 1120

Bakıda kombi oğruları saxlanılıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsi ərazisində 6 həyətyanı sahədən su qızdırıcısı və kombi aparatlarının oğurlanması barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Onların Lökbatan qəsəbə sakinləri Xəqani Cahangirov və Elnur Hüseynov olduqları müəyyən edilib.

Araşdırma aparılır.