“Köməkçilərimizi qeydiyyatdan keçirə bilmirik”

komekcilerimizi-qeydiyyatdan-kecire-bilmirik
Oxunma sayı: 2123

“Köməkçilərimizi qeydiyyatdan keçirə bilmirik”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bütün deputatların köməkçiləri Bakı qeydiyyatında deyil:

“Mənim köməkçim Neftçalada yardım paylayır. Amma mən onu hələ də köməkçim kimi təsdiqlədə bilməmişəm, həmin adam Neftçala qapı-qapı yardım paylayır. Biz onlayn formada iclasda iştirak edə biliriksə, bu məsələ də bu formada həll olunsun”.

Spiker Sahibə Qafarova deyib ki, bu məsələdə sənədlərdə çatışmazlıq var: “Fürsətdən istifadə edib demək istəyirəm ki, bir çox deputatların köməkçilərinin adları Bakıdadı, amma əslində hansısa rayondadırlar. Sənədləri hazır deyil. Xahiş edirəm, sənədlər düzgün toplanılsın”.

Murad Əhməd