“Köməkçilərimizi yol polisi saxlayır, icazə vermir”

“Köməkçilərimizi yol polisi saxlayır, icazə vermir”
Oxunma sayı: 4172

“Karantin vaxtı deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilmir”.

“Qafqazinfo” xəbər verir ki, bu təklifi deputat Aqil Abbas Milli Məclisdə səsləndirib. O qeyd edib ki, deputat köməkçilərini yol polisi saxlayır və hərəkətinə icazə vermir:

“Onların sistemdə icazəsinin olmadığını bildirir. Təklif edirəm ki, deputat köməkçilərinin karantin vaxtı sərbəst hərəkətinə icazə verilsin”.

Spiker Sahibə Qafarova bildirib ki, deputat köməkçiləri onlayn işləyir: “ Ancaq bu məsələyə baxarıq”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi