“Köməkçim virusa yoluxana qədər mən də inanmırdım”

komekcim-virusa-yoluxana-qeder-men-de-inanmirdim
Oxunma sayı: 4884

Xalq artisti Aygün Kazımovanın köməkçisi koronavirusa yoluxub. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib.  

Müğənni yaydığı videoda özünün də karantinə alındığını söyləyib: “Elə insanlar var ki, koronavirusun gerçəkliyinə inanmırlar. Etiraf edirəm ki, bu hadisə başıma gəlməyincə mən də inanmırdım. Birinci köməkçim, daha sonra anası, bacısı və bütün ailəsi yoluxdu.

Hətta köməkçimin ad gününü həkimlər ona xoş olsun deyə xəstəxanada keçirdilər. Həmin müddətdə mən də karatində oldum. Birinci xanım Mehriban Əliyeva sağ olsun ki, dostumuz Bəhram Bağırzadənin səhhətini xüsusi diqqət mərkəzində saxlayır. Allah dostumuza şəfa versin. Koronavirusa yoluxan hər bir azərbaycanlıya tezliklə şəfa diləyirəm. Biz bu çətinliyin öhtəsindən birlikdə gələcəyik”.