Köməkçisi Liviyanı 3 yerə bölməyi təklif etdi - Salfet üstündə şok plan

komekcisi-liviyani-3-yere-bolmeyi-teklif-etdi
Oxunma sayı: 634

ABŞ prezidentinin köməkçisinin müavini Sebastyan Qorka Liviyanı 3 hissəyə bölməyi təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Guardian mənbəsinə istinadən məlumat yayıb. 

Qorka Liviyanın bölünməsi ilə bağlı ideyasını salfetin üzərində çəkdiyi xəritə ilə yüksəkvəzifəli avropalı diplomata göstərib. Hadisənin prezident Trampın innaqurasiyasından əvvəl olduğu bildirilir. Qorka bunu “ən pis qərar” adlandırıb. 

Nəşr Qorkanın prezidentin Liviya üzrə xüsusi nümayəndəsi postu üçün mübarizə apardığını, hələ ki, ABŞ administrasiyasının belə bir vəzifə yaratmaqla bağlı qərar qəbul etmədiyini yazır. 

Qeyd edək ki, hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür. Ölkənin şərqinə xalq tərəfindən seçilən parlament, qərbinə isə BMT və Avropanın dəstəyi ilə formalaşdırılan hökumət rəhbərlik edir.