Köməksiz qalan 3 nəfər xilas edildi - Video

komeksiz-qalan-3-nefer-xilas-edildi
Oxunma sayı: 1882

Bakı şəhərinin Nərimanov rayonu, Ə.Orucəliyev küçəsində vətəndaşlar evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2-si uşaq olmaqla 3 nəfəri xilas ediblər.