Köməksiz qalan qadın belə xilas edildi - Video

komeksiz-qalan-qadin-bele-xilas-edildi
Oxunma sayı: 1885

Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi adlanan ərazidə 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək mənzilə daxil olublar.

Mənzilə baxış zamanı xəstə olması səbəbi ilə köməksiz vəziyyətdə qalması müəyyən edilən 1965-ci il təvəllüdlü qadın xilas edilərək hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.