Köməksiz vəziyyətdə qalan kişi öldü

komeksiz-veziyyetde-qalan-kisi-oldu
Oxunma sayı: 1815

Bakıda 66 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.

Fövləqadə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb. Mənzildə 1950-ci il təvəllüdlü Jiqalkin Valeriy Valentinoviçin cəsədi aşkar olunub.

Murad Əhməd