Komendant saatı elan olunan yerlərdə avtobuslar adi rejimdə işləyəcək

komendant-saati-elan-olunan-yerlerde-avtobuslar-adi-rejimde-isleyecek
Oxunma sayı: 7253

Azərbaycan ərazisində komendant saatı elan olunan ərazilərdə ictimai nəqliyyatın hərəkəti adi rejimdə olacaq. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidməti məlumat yayıb.

"28 sentyabr tarixindən Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcəbədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-00:00) davam etdirilməsi təmin ediləcək.

Bir daha vurğulamaq istərdik ki, hərbi vəziyyətin davam edəcəyi müddətdən asılı olaraq xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son dəyişikliklər barədə xəbərlər operativ şəkildə ictimaiyyətə təqdim ediləcək".