Komendant saatı ləğv olundu- - 10 il sonra

komendant-saati-legv-olundu-
Oxunma sayı: 1265


“Qafqazinfo”nun AzadlıqRadiosuna istinadən məlumatına görə, paytaxt əhalisi gecə yarısı küçələrə çıxaraq qərarı bayram edib. Lakin iraqlılar öz sevinclərini ürəkdolusu yaşaya bilməyiblər. Çünki komendant saatından bir neçə saat əvvəl şəhərin ayrı-ayrı yerlərində 5 partlayış baş verib. Nəticədə 40-dan artıq insan həlak olub. “İslam Dövləti” yaraqlıları terror aktlarına görə məsuliyyəti üzərinə götürüb. Bildirib ki, onlar şiələri hədəf alıblar.

Komendant saatı ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqa müdaxiləsindən bir il sonra, 2004-cü ildə Bağdadın məzhəb savaşının mərkəzinə çevrildiyi zaman tətbiq olunmuşdu.