Komendant saatını pozan futbolçu saxlanıldı

komendant-saatini-pozan-futbolcu-saxlanildi
Oxunma sayı: 1438

Əl-İttihad”ın serbiyalı hücumçusu Aleksandr Priyoviç Belqradda komendant saatını pozduğu üçün saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “USA Today” xəbər verib.

Serbiya yığmasının 29 yaşlı futbolçusu karantini pozub. Belə ki, o, daha 19 nəfərlə komendant saatı vaxtında paytaxt hotellərinin birində olub.

Bu səbəbdən Priyoviçi üç ilədək həbs gözləyir. Həbs cəzası ilə yanaşı, oyunçu cərimə də ödəyə bilər.