Komfort temperatur şəraiti davam edəcək

komfort-temperatur-seraiti-davam-edecek
Oxunma sayı: 644

Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 15-18, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-10, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Oktyabr ayı üçün komfort temperatur şəraiti, normaya yaxın atmosfer fonunda zəif küləklərin üstünlüyü və digər biometeoroloji amillərin kompleks şəklində müsbət təsiri meteohəssas insanlar üçün əlverişlidir.

Nigar Məmmədli