Müstəqil ekspert Əlabbas Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında antiazərbaycan şəbəkənin “yeni taktika”ya keçidinin komik mənzərə yaratdığını deyib: “Azərbaycan əleyhinə fəaliyyətinə fasilə verməyən beynəlxalq şəbəkə hazırda Birinci Avropa Oyunlarının açılış mərasiminə kimi olan dövrdə özünü göstərməyə çalışdığı qədər də arxayın və mütəşəkkil görünmür. Oyunların rəsmi startına neçə ay qalmış fəallaşan, bəzi Qərb ölkələrindəki antiazərbaycan dairələrlə əlaqələnidirilmiş surətdə işləyən bu şəbəkə artıq uğursuzluğunun fərqində olmağa başlayıb. Hər halda, geniş resurslara malik bu şəbəkə Birinci Avropa Oyunlarının əhəmiyyətini azaltmaq, bu yarışların boykotuna nail olmaq kimi minimum məqsədlərinə nail olmadı.
Düşmən Ermənistan da daxil olmaqla, Avropanın bütün ölkələri Oyunlara qatıldı və yarışlar öz axarında davam etməkdədir. Yarışlarda iştirak edən ölkələrin nümayəndə heyətləri isə Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu hər addımda bəyan edirlər. Azərbaycana qarşı fəaliyyəti özünün prioritetinə çevirmiş bu şəbəkə planlarına uyğun gəlməyən gedişatı dəyişmək üçün “ön xətt oyunçuları”nə dəyişməyə məcbur olub. Neçə gündür ki, ən müxtəlif bəhanələrlə Azərbaycanı tərk edən, özlərini “jurnalist və hüquq müdafiəçiləri” qismində qələmə verən kəslərə xarici mətbuatda dərc olunmaq imkanları yaradılıb. O adamların az qala hər gün müxtəlif xarici nəşrlərdə Azərbaycan əleyhinə “Ledi Qaqanın geyimi və qonorarı” mövzusu səviyyəsində cızmaqaraları dərc olunur. Komik mənzərə yaranır. Geniş resurslara malik beynəlxalq şəbəkənin bacarmadığı bir işi Azərbaycanda öz yaxınlarından başqa kimsənin tanımadığı üç-beş cızmaqaraçı necə bacaracaq? Əlbəttə ki, heç cür”.
Son xəbərlər
Son Xəbərlər