Komitə sahibkarları 306 min cərimələdi

komite-sahibkarlari-306-min-cerimeledi
Oxunma sayı: 642

“Qafqazinfo” Komitənin saytına istinadən xəbər verir ki, 2012-ci il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq struktur bölmələri tərəfindən qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrin həyata keçirilməsi, ölkə rəhbərliyinin tapşırıqlarının icrası, dövlət proqramlarının, Azərbaycan Respublikasının qoşulduğu dövlətlərarası və hökümətlərarası müqavilələrdən irəli gələn və Komitənin səlahiyyətlərinə aid olan öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə müvafiq işlər aparılıb. Komitə yanında Dövlət Akkreditasiya Xidməti, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidməti və Dövlət Metrologiya Xidməti yaradılıb. Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 1138 təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılıb. Bunların 517-i ərzaq məhsulları, 418-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 193-ü isə metroloji nəzarətlə bağlı olub. Ümumilikdə aparılmış yoxlamalar zamanı 833 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüş, 833 iradnamə və 455 tələbnamə verilmiş, 261 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilib. Unlu-qənnadı məmulatları 6, çörək məmulatları 66, dönər istehsalı 4, toyuq əti istehsalı 2, süd məhsulları 21, alkoqolsuz içkilər 23, mebel istehsalı 1, profil istehsalı 2, tikinti materialları 4, asfalt istehsal edən 2 təsərrüfat subyektlərinə istehsalın və satışın qadağan olunması barədə tələbnamələr verilib. Məhsullardan götürülmüş nümunələrin sınağı nəticəsində onların normativ sənədlərin tələblərinə cavab vermədiyi, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilmiş və bu səbəbdən ümumi dəyəri 126,874 manat olan 18 ton yağ, 570 litr qabalaşdırılmış içməli su, 950 dekalitr pasterizə edilmiş çəllək pivəsi, 60 kq Bakı paxlavası, 438 kq müxtəlif növ kolbasa məmulatları, 1050 kq qənd rafinadı, 10056,6 litr alkoqolsuz içki dövlət müfəttişləri və müəssisənin nümayəndələrinin iştirakı ilə məhv edilib. Eyni zamanda inzibati xəta törətmiş sahibkarlıq subyektlərinə inzibati qaydada cərimələr tətbiq edilib cərimələrin ümumi məbləği 306.500 (üç yüz altı min beş yüz ) manat təşkil edib. 48 müəsissə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilib.

Xidmət tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 22.856 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçmədiyi, 768 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib.

Günel