Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti və “Azİz”-in nəzdindəki “Azərbaycan Mədəniyyət Mərkəzi”nin direktoru Yeganə Salmanla görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Komitə sədri “Azİz”in Azərbaycan həqiqətlərinin və zəngin mədəniyyətinin İsraildə təbliğ olunması, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi layihələri, bu önəmli prosesə Yeganə Salmanın töhfələrini yüksək qiymətləndirib.
Sonra Yeganə xanımı 70 illik yubileyi münasibətilə təbrik edən Komitə sədri ona Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalını təqdim edib.
“Azİz”in vitse-prezidenti ona göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.


Son xəbərlər
Son Xəbərlər