Komitə sədri Türkiyəyə getdi

komite-sedri-turkiyeye-getdi
Oxunma sayı: 1087


“Qafqazinfo”ya daxil olan məlumata görə, səfər çərçivəsində Dövlət Komitəsinin sədrinin Mehmet Görməzlə iki ölkə arasında din sahəsində əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirəsi, həmçinin, Diyanət İşləri Başqanlığında, Diyanət Vəqfində, Ankara Universitetində bir sıra görüşlər keçirməsi nəzərdə tutulub. Eyni zamanda, Mübariz Qurbanlı səfər zamanı bir sıra dövlət və hökumət rəsmiləri, o cümlədən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Baş nazirin müavini Bülənt Arınçla görüşlər keçirəcək.