Komitə uşaq evində azyaşlının döyülməsi hadisəsini nəzarətə götürdü

komite-usaq-evinde-azyaslinin-doyulmesi-hadisesini-nezarete-goturdu
Oxunma sayı: 1105

Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evində baş vermiş zorakılıq hadisəsiylə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri və psixoloqu həmin müəssisəyə baş çəkərək uşağın psixoloji vəziyyətini öyrənib və uşağa lazımi yardım göstərilib.

“Qafqazinfo” xəbər verir ki, Komitə əməkdaşları uşaqların saxlanılması şəraiti ilə də tanış olublar.

Məsələ Komitənin nəzarətinə götürülüb. Hadisə ilə bağlı növbəti tədbirlər aidiyyatı qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Xatırladaq ki, 2 saylı uşaq evində azyaşlının döyülməsi hadisəsi keçən ilin dekabr ayında baş verib. Uşağa qarşı törətdiyi əmələ və yol verdiyi digər nöqsanlara görə müəllimə Elnurə Qüdrət qızı Məmmədova işdən azad olunub.