Komitə zona müşavirəsi keçirdi

komite-zona-musaviresi-kecirdi
Oxunma sayı: 745


“Qafqazinfo” Komitənin saytına istinadən xəbər verir ki, tədbirdə TQDK sədri Məleykə Abbaszadə 2013-cü ildə keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib.

Zona müşavirəsində Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Sumqayıt, Şuşa, Zəngilan və Qubadlı rayonlarının təhsil şöbələrinin rəhbərləri, eləcə də Binəqədi, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Xəzər, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal, Abşeron rayonlarının orta ümumtəhsil müəssisələrinin direktorları iştirak edib. 

Müşavirədə adı çəkilən rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunub.

Xatırladaq ki, 2013/2014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili nəticəsində əldə olunmuş materiallar ”Abituriyent” jurnalının 12-ci sayında dərc edilib.