Komitənin əməkdaşını bıçaqlayan şəxs tutuldu

komitenin-emekdasini-bicaqlayan-sexs-tutuldu-
Oxunma sayı: 649

Nəsimi rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qanlı hadisə ötən gün günorta saatlarında Nəsimi rayonunda, Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında baş verib. Öz avtomobili ilə hərəkət edən 23 yaşlı Seymur Mirzəyev yolu keçmək istəyən piyada ilə mübahisə edib. Bu zaman həmin şəxs S.Mirzəyevə bıçaqla xəsarət yetirib.
Polis əməkdaşları Naxçıvan sakini Faiq Şirəliyevu şübhəli şəxs qismində tutub.

Məlum olub ki, həmin şəxs əvvəllər məhkum olunub və hazırda da axtarışda olub.