“Kommunal xidmətlərə qoşulma” üzrə Yol Xəritəsinin təqdimatı keçirildi - Fotolar

kommunal-xidmetlere-qosulma-uzre-yol-xeritesinin-teqdimati-kecirildi
Oxunma sayı: 1270

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.

Bu haqda “Qafqazinfo”ya “Azərsu”dan məlumat verilib.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Su təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun rəhbəri, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov sənədin hazırlanmasında dövlət təşkilatlarının mütəxəssisləri və məsləhətçi şirkətlərin nümayəndələrinin iştirakı ilə birgə iş aparıldırğını bildirib. Məsləhətçi şirkət tərəfindən təkmilləşdirilmiş Diaqnostika Matrisası əsasında tərtib edilən Yol Xəritəsi Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Yol Xəritəsində kommunal xidmət qaydalarının keyfiyyəti, kommunal xidmət göstəriciləri və xidmətlərin şəffaflığı, kommunal sahədə xidmətlərin həyata keçirilməsinin səmərəliliyi, maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətlərində 4 alt indikator üzrə tədbirlər əksini tapıb. Sənəddə su təchizatı sistemlərinə qoşulma üzrə əsas hədəflər, keyfiyyəti standartları, hüquq və öhdəliklər, müraciətlərə baxılmasının  tam elektronlaşdırılması, prosedurların və vaxtın minimuma endirilməsi, şəffaflığın, istehlakçı hüquqlarının qorunması ilə bağlı vəzifələr müəyyən edilib. Tətbiq ediləcək yeniliklər biznes strukturlarının su təchizatı şəbəkələrinə qoşulmasını xeyli asanlaşdıracaq, vaxta və xərclərə qənaət imkanı yaradacaq.

“Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Samir Qənili Yol Xəritəsində “Azərsu” ASC tərəfindən rəqəmsallaşma və optimallaşma sahəsində nəzərdə tutalan tədbirlər barədə təqdimatla çıxış edib. Qeyd olunub ki, yeni sənəd kommunal xidmətlərə qoşulma üzrə dövlət xidmətlərinin elektronlaşdırılmasını və onlayn müraciət imkanlarını tam təmin edəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov Yol Xəritəsində vətəndsaşlara göstərilən xidmətlərin təşkili və bu sahədə  nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Qeyd olunub  ki, bu işlər su təchizatı şəbəkəsinə qoşulmanın düzgün və səmərəli təşkilinə imkan yaradacaq.

Sonra iclas iştirakçıları tərəfindən yeni Yol Xəritəsi üzrə 2022-ci ildə nəzərdə tutulan tədbirlərin icrası, 2023-cü il üçün hədəflər və prioritetlər barədə müzakirələr aparılıb.