“Eurovision-2016” mahnı müsabiqəsində Avstraliyanı təmsil edəcək iştirakçının adı bəlli olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə təmsilçisini “Eurovision-2014”in qalibi Konçita Vurst Sidneydəki konsertində elan edib.
O, səhnədə Avstraliyanı Dami İmin təmsil edəcəyini elan edib.
İştirakçının ifa edəcəyi mahnı martın 14-də məlum olacaq.
Qeyd edək ki, Avstraliya ilk dəfə ötən il musiqi müsabiqəsinə qatılıb. Ölkəni Guy Sebastian “Tonight again” mahnısıyla təmsil edib.



Son xəbərlər
Son Xəbərlər