ANS PRESS-in məlumatına görə, "Eurovision" mahnı müsabiqəsində "saqqallı qadın" olaraq məşhurlaşan və qalib olan Konçita Vurst Avstriya prezidenti Haynts Fişer ilə görüşüb.
"Konçita Vurstı təbrik edirəm. O Avropa üçün də bir yenilik oldu. Bu zəfər sadəcə Konçitanın deyil, gələcəyə və azadlığa inananların zəfəridir" - deyə prezident Haynts Fişer "Eurovision"-un builki qalibi olan Konçita haqqında danışarkən bildirib.
Sonda tərəflər birlikdə xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, Avstriya prezidenti Haynts Fişer ölkəsinə "Eurovision" mahnı müsabiqəsində qalibiyyət qazandırdığı üçün ötən həftə Konçitaya təbrik məktubu da göndərmişdi.
Son xəbərlər
Son Xəbərlər