Kondisioner mühərriki üzərinə çıxaraq intihar etmək istədi

kondisioner-muherriki-uzerine-cixaraq-intihar-etmek-istedi
Oxunma sayı: 1273

Bakı şəhərinin Yasamal rayonunda bir nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin eyvanına bərkidilən kondisionerin mühərrik hissəsinin üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.