Konfederasiyalar Kuboku başlayır

konfederasiyalar-kuboku-baslayir
Oxunma sayı: 1076

Bu gün Rusiyada FİFA Konfederasiyalar Kuboku - 2017-yə start veriləcək. 

“Qafqazinfo” xəbər verir ki, turnirdə iki qrupda 8 komanda mübarizə aparacaq. 

Yarışda növbəti dünya çempionatının ev sahibi Rusiya, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015), Okeaniya Futbol Konfederasiyasının çempionu Yeni Zelandiya (2016) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) çıxış edəcək.

10-cu dəfə təşkil olunacaq turnir Rusiyanın 4 şəhərində - Sankt-Peterburq (“Krestovski” stadionu), Kazan (“Kazan Arena”), Moskva (“Spartak” stadionu) və Soçidə (“Fişt” stadionu) keçiriləcək. 

Açılış oyunu bu gün baş tutacaq. Meydan sahibi Rusiya Yeni Zelandiya ilə üz-üzə gələcək. 
Konfederasiyalar Kuboku, I tur

A qrupu

17 iyun

19:00. Rusiya - Yeni Zelandiya

18 iyun

19:00. Portuqaliya - Meksika

B qrupu 

22:00. Kamerun - Çili

19 iyun

19:00. Avstraliya - Almaniya