Konfederasiyalar kubokunun qalibi bəlli oldu

konfederasiyalar-kubokunun-qalibi-belli-oldu
Oxunma sayı: 643

Rusiyada keçirilən Konfederasiyalar kuboku - 2017-nin qalibi müəyyənləşib.

“Qafqazinfo”nun məlumatına görə, həlledici matçda son dünya çempionu Almaniya Çili ilə qarşılaşıb. Matç Yoahim Lövün komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundakı yeganə qolu 20-ci dəqiqədə Lars Stindl vurub.