Konfrans Liqasında 1/8 finalçı müəyyənləşdi

konfrans-liqasinda-18-finalci-mueyyenlesdi
Oxunma sayı: 2397

Avropa Konfrans Liqasında 1/8 finala vəsiqənin ilk sahibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, pley-off mərhələsinin baş tutan yeganə oyununda Belçika “Gent”i Hayfa “Makkabi”sini qəbul edib.

İlk oyunda qalib gəlmiş İsrail təmsilçisi səfər oyunundakı heç-heçə sayəsində 1/8 finala yüksəlib.

Qalan oyunlar bu gün keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunu
21 fevral

Gent (Belçika) – Makkabi (Hayfa, İsrail) 1:1
Qollar: Tissudali, 69 – Pyerro, 4.
İlk oyun – 0:1.