Konfrans Liqasının da püşkü atıldı

konfrans-liqasinin-da-pusku-atildi
Oxunma sayı: 2634

Bu gün Avropa Konfrans Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb.

"Qafqazinfo" xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatma saat 18:00-da başlayıb.

Tədbirdə həmçinin, final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçirilib.

Püşk nəticəsində “Bodo Qlimt” “Roma”ya, “Feyenoord” Praqa “Slaviya”sına, Marsel “Olimpik”i PAOK-a, “Lester Siti” isə PSV-yə rəqib olub.

1/4 final matçları aprelin 7-də və 14-də, yarımfinal oyunları aprelin 28-də və mayın 5-də olacaq. Final qarşılaşması isə mayın 25-də, Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.

Avropa Konfrans Liqası
1/4 final

"Bodo Qlimt" (Norveç) – "Roma" (İtaliya)

"Feyenoord" (Niderland) – "Slaviya" (Praqa, Çexiya)

"Olimpik" (Marsel, Fransa) – PAOK (Yunanıstan)

"Lester Siti" (İngiltərə) – PSV (Niderland)

Yarımfinal

4-cü cütün qalibi – 1-ci cütün qalibi

2-ci cütün qalibi – 3-cü cütün qalibi

Final

1-ci yarımfinal cütünün qalibi – 2-ci yarımfinal cütünün qalibi