Konfrans Liqasının finalları bu şəhərlərdə olacaq

konfrans-liqasinin-finallari-bu-seherlerde-olacaq
Oxunma sayı: 3426

Konfrans Liqasında 2023/24 və 2024/25 mövsümlərinin final oyunlarının keçiriləcəyi yerlər müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda UEFA-nın İsveçrənin Nyon şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub. 

2024-cü ildə həlledici görüş Yunanıstanın paytaxtı Afinadakı “Aya Sofiya” stadionunda oynanılacaq.

2025-cü il finalı isə Polşanın Vroslava şəhərində, “Slask”ın ev oyunlarını keçirdiyi arenada olacaq.