Konfrans Liqasının qalibi bilindi - Mourinyodan ilk

konfrans-liqasinin-qalibi-bilindi
Oxunma sayı: 5557

Bu gün futbol üzrə Avropa Konfrans Liqasının final oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, final matçında İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun Albaniyanın Tirana şəhərindəki Milli Arenada keçiriləcək.

Avropa Konfrans Liqası
25 may

 
23:00. Roma - Feyenoord
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Tirana, Milli Arena.

***

“Roma” “Feneyoord”a qalib gələrək, UEFA Konfrans Liqasının ilk qalibi oldu - 1:0.

“Roma”nın baş məşqçisi Joze Mourinyo həm UEFA Çempionlar Liqasının, həm UEFA Avropa Liqasının, həm də Konfrans Liqasını qazanan ilk məşqçi kimi adını tarixə yazdırdı.