Konqoda 137 uşaq qızılcadan dünyasını dəyişib

konqoda-137-usaq-qizilcadan-dunyasini-deyisib
Oxunma sayı: 744

Konqo Demokratik Respublikasında ilin əvvəlindən indiyədək 137 uşaq qızılca xəstəliyindən dünyasını dəyişib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Sabitlik Missiyasının (MONUSCO) hesabatında ölkənin Lualaba və Lomami bölgələrində xəstəliyin yayılmasının davam etdiyi bildirilib.

Ümumilikdə 7 min 175 nəfər qızılcaya yoluxub. Ölən 137 uşaqdan əksəriyyəti 5 yaşadək olan körpələrdir. Mütəxəssislər xəstəliyin yayılmasını peyvənd çatışmazlığı və zəif qidalanma ilə əlaqələndirirlər.