Konqoda 37 nəfər daşqın qurbanı olub

konqoda-37-nefer-dasqin-qurbani-olub
Oxunma sayı: 704

Daşqınlar Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada 37 nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daşqın yanvarın 3-4-ü baş verən güclü yağışlardan sonra qeydə alınıb. 

Ölkənin sosial işlər üzrə naziri Dominik Veloli daşqınları şəhərin urbanizasiya problemi və drenaj xəndəklərin yoxluğu ilə əlaqələndirib.