Konqonun şərqində yerləşən kiçik Murara vulkanı püskürüb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin nümayəndəsi Patrik Muya bildirib.
Murara vulkanı Nyamuragira dağının yamacında və mayın 22-də güclü püskürən Nyiraqonqo vulkanından 13 kilometr aralıqda yerləşir.
“Biz hadisələrin inkişafını yaxından izləyirik”, - “Agence France-Presse” (AFP) hökumət nümayəndəsinin sözlərini sitat gətirir.
Muraranın daha əvvəlki püskürməsi 1977-ci ilin yazında olub.
Son xəbərlər
Son Xəbərlər