Konqo Demokratik Respublikasının Lualaba əyalətində şaxta uçub.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 43 nəfər həyatını itirib.
Əyalətin qubernatoru Rişar Muyeca Manges Mansın sözlərinə görə, hadisə zamanı ölənlər qeyri-qanuni şəkildə şaxtada çalışan insanlar olub.
Agentlik bildirir ki, Konqoda minlərlə insan qeyri-qanuni olaraq şaxtalarda çalışır. Analoji hadisə 2016-cı ildə də baş vermişdi. Nəticədə yeddi nəfər vəfat etmişdi.
Son xəbərlər
Son Xəbərlər