Konqoda terrorçular 15 nəfəri öldürüb

konqoda-terrorcular-15-neferi-oldurub
Oxunma sayı: 1075

Ötən iki gün ərzində "Demokratik Qüvvələr Alyansı" terror qruplaşmasının silahlıları tərəfindən Konqo Demokratik Respublikasının şərqində ən azı 15 nəfər öldürülüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, iki hücum Şimali Kivu vilayətinin Beni bölgəsində törədilib. 

İlk hücumu silahlılar avqustun 5-də Mbingi kəndində həyata keçirərək 10 nəfəri öldürüb. Ertəsi gün onlar Mbingadan bir kilometr aralıda yerləşən bir kəndə hücum edərək daha beş sakini qətlə yetiriblər.