Konqres Baydenin qələbəsini təsdiqlədi

konqres-baydenin-qelebesini-tesdiqledi
Oxunma sayı: 787

Senat və ABŞ Konqresinin Nümayəndələr Palatası birgə iclasda demokrat Cozef Baydenin 3 noyabrda ölkədə keçirilən prezident seçkilərindəki qələbəsini təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. İclas ABŞ televiziya kanalları tərəfindən canlı yayımlanır.

Təsdiqdən sonra Biden 270-dən çox seçici səsini qazanıb. İclas hazırda davam edir.

Sözügedən iclasın nəticələri noyabr seçkilərinin nəticələrinin yekunlaşdırma prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoymalıdır.