Konqressə İrana qarşı hərbi gücün tətbiq edilməsi barədə qətnamə daxil olub

konqresse-irana-qarsi-herbi-gucun-tetbiq-edilmesi-barede-qetname-daxil-olub
Oxunma sayı: 1143

ABŞ Konqresinə İrana qarşı hərbi gücün tətbiq edilməsinə dair qətnamə təqdim olunub.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qətnaməni Nümayəndələr Palatasının Floridadan olan deputatı Elsi Hastinqs təqdim edib.  

Qətnamədə “İranın nüvə silahı əldə etməsinin qarşısının alınması istiqamətində məqsədlərə nail olmaq üçün prezidentə ABŞ Silahlı Qüvvələrindən istifadə etmək icazə verilir”, - deyə qeyd edilib.

Sözügedən qətnamənin Konqresin hər iki palatası tərəfindən qəbul olunma ehtimalı çox azdır.

Prezident Donald Trampın administrasiyası isə İrana qarşı qüvvə tətbiq edilməsi planı ilə bağlı münasibət bildirməyib.