Türkiyənin tanınmış rok sənətçisi, müğənni Kıraç bu il keçirilən 23-cü Kənd Təsərrüfatı Avadanlıqları və Heyvandarlıq Festivalında konsert vermək üçün getdiyi Ədirnədə maraqlı anlar yaşayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, şəxsi avtomobili ilə Ədirnəyə gedən Kıraç konsertin keçiriləcəyi məkanı tapa bilməyib. Bu zaman o, bir vətəndaşdan yol soruşub. Maraqlısı isə odur ki, konsertin baş tutacağı yeri izah edən həmin şəxs Kıraçı tanımayıb.
Həmin görüntüləri təqdim edirik: