Konsertdə İlyasa qəpik və içki şüşəsi atdılar

konsertde-ilyasa-qepik-ve-icki-susesi-atdilar
Oxunma sayı: 2375

Türkiyənin Van şəhərində konsert verən müğənni İlyas Yalçıntaşın başına iş gəlib.  “Qafqazinfo” xəbər verir ki, pərəstişkarların qarşısına çıxan sənətçi gözləmədiyi münasibətlə rastlaşıb. 

Belə ki, təşkilatçılardan narazı olan tamaşaçılar Yalçıntaşa qəpik və içki şüşələri atmağa başlayıblar. Bunu görən ifaçı səhnəni tərk etməli olub. 

Gərginliyin yaranmasına səbəb isə VİP bileti olan insanların yerlərinin başqasına satılması olub.