“Konsertim Laçının işğal olunduğu gün deyil...”- - Natavan

konsertim-lacinin-isgal-olundugu-gun-deyil-
Oxunma sayı: 3068


“Qafqazinfo”ya daxil olan açıqlamasında müğənni haqqında yayılan bu xəbərlərin ona qarşı hazırlanan növbəti qaralama kampaniyası olduğunu qeyd edib: 

“Heydər Əliyev sarayının rəhbərləri ilə görüşdə də qeyd olunub ki, Laçının işğal günü mayın18-dir. Bu xəbəri yazanlar gedib tarixi araşdırsınlar. O zaman görəcəklər ki, işğal günü ayın 18-dir. Buna hətta bu gün məni tənqid edən saytların arxivində də rast gələ bilərik. Özüm də bu məsələni araşdırmışam və bilirəm ki, Laçının işğal günü ayın17-si deyil”.

Qeyd edək ki, Natavan Həbibi mayın 17-də Heydər Əliyev sarayında “Dinlə” adlı solo konsert proqramı ilə çıxış edəcək.