“Aygün Kazımovadan sonra duet təklifləri çox oldu, amma alınmadı. Elə başa düşürəm ki, mənə duet təklif edənlər toya gedib pul qazanmaq istəyirlər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “Söhbətsiz” proqramına qonaq olarkən deyib. İfaçı hələ də Xalq artisti Aygün Kazımovanın təcrübəsindən yararlandığını qeyd edib:
“Mən Aygün Kazımovadan çox şey öyrənmişəm. Hələ də onun təcrübəsindən yararlanıram. Ulduz olmağından əlavə, yaxşı prodüserdir.
Elə məqamlar var idi ki, yüksək pul verilsə də, biz eyni səhnəyə çıxmayacaqdıq. Ancaq bunlar keçmişdə qaldı. Məndən asılı olmayan problem deyil. Bir neçə dəfə narazılıq yaranıb. Amma efirdə danışılmayıb. Bir dəfə Emin Musəvinin xahişi ilə Moskvaya toya getdik. Daha sonra bir prodüser adımıza beh götürmüşdü, xahiş etdi, biz də toyda çıxış etdik. Peşman da deyilik. Çox rahat bir şəkildə səhnəyə çıxdıq”.

Namiq həmkarı Namiq Mənanın meyxana adının dəyişdirilərək bədhiyyə adlandırılmasına da münasibət bildirib:
“Bunların hamısı boş söhbətlərdir. Kimsə bu sözlərlə gündəmə gəlir. Meyxana adını qurdalamaq doğru deyil. Məsələyə ciddi yanaşmıram. Qulağımız “meyxana” sözünə öyrəşib”.
Bundan əlavə, N. Qaraçuxurlu bu günədək verdiyi solo konsertlərinin hamısından narazı olduğunu vurğulayıb: ““Şəfa” stadionunun rəhbərliyi konsertimə bir həftə qalmış ləğv edirdi, dövlət adamları məsələyə qarışdı, problem həll olundu. Heydər Əliyev Sarayındakı konsertimdə də problem yarandı, bütün texnika işlərini həll etdim, amma qonorarım ödənilmədi. Bu məsələlərdən sonra konsert vermək istəmədim, yaranan problemlərdən iyrəndim”.

Son xəbərlər
Son Xəbərlər