Konsertində Xatuna sürpriz - Fotolar

konsertinde-xatuna-surpriz
Oxunma sayı: 1935

Müğənni Xatun Əliyeva 2019-ci ildə ilk konsertini verib.  “Qafqazinfo” xəbər verir ki, musiqili gecə Bakının məşhur məkanlarının birində baş tutub. Xatun konsertdə maraqlı bir addım ataraq son zamanlar şou-biznesdə dəbə çevrilən “Mashup”ı səhnəyə gətirib. 

Sənətçi bir çox məşhur ifaçının hit mahnılarını ard-arda konsertdə canlı olaraq ifa edib. Daha sonra ifaçının həmkarı Rüfət Axundov Xatuna sürpriz edib.Gözlənilmədən məkana daxil olan Rüfət ekspromt halda türkiyəli müğənni Ayla Çeliklə aparıcı Bəyazın oxuduğu “Bağdad”ı Xatunla duet şəklində ifa edib.