Konsertlərini təxirə salma səbəbi pandemiya yox, sevgilisi imiş

konsertlerini-texire-salma-sebebi-pandemiya-yox-sevgilisi-imis
Oxunma sayı: 3258

Britaniyalı müğənni Adel Las-Veqasdakı bir neçə konsertini sevgilisi, idman agenti Riç Polla aralarında olan problemlər səbəbindən təxirə salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.

Məlumata görə, sevgilisi ilə mübahisə səbəbindən ulduz isterika vəziyyətində olub, şouya hazırlıq zamanı daim ağlayıb. Riçin zənglərinə cavab vermək üçün ara-sıra məqşlərə fasilə veririb, nəticədə konsertləri ləğv edib və yanına uçub.  

İnsayder bildirib ki, Adel sevgilisinin onunla Las-Veqasda ola bilmədiyindən çox üzülüb. Bu, onların münasibətlərini çətinləşdirib.

Konsertlərin cəmi bir sutka əvvəl ləğv edilməsi isə ciddi qalmaqala səbəb olub. Müğənni videomüraciətində göz yaşları içində bildirib ki, konserti komandasının işçilərinin koronavirusa yoluxması səbəbindən təxirə salıb.

Daha sonra digər məlumat yayılıb: Las-Veqasdan olan insayderlər bildiriblər ki, ulduz aparaturadan narazı olub və onun dəyişdirilməsini tələb edib.

Adelin fanatları çox kədərlənib. Onların bir çoxu konsertdən ötrü digər ölkələrdən gəlib, bilet və hoteldə qalmağa pul xərcləyib. Adelin səhnəyə nə vaxt çıxacağı isə hələlik bəlli deyil. Müğənni, həmçinin fevralın 7-də Londonda keçiriləcək “Brit Awards” mükafatlandırma mərasimindəki çıxışını da ləğv edib.

Qeyd edək ki, Adellə Riç Polun münasibətdə olmaları barədə şayiələr hələ ötən yay yayılmış, cütlük isə bunu yalnız sentyabrda rəsmi təsdiq etmişdi. Adel Opra Uinfiyə müsahibəsində Polla xoşbəxt olduğunu və onun yanında özünü çox sakit hiss etdiyini demişdi.  

Ötən ilin yazında Adel əri Saymon Konekki ilə rəsmi şəkildə boşanıb. Onların münasibəti 8 il, nikahı isə 2 il davam edib. Keçmiş ər-arvadın bir oğlu var.