“Qafqazinfo” xəbər verir ki, iclasda Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsi qətnamənin icrasına möhlət verilməsi barədə ərizənin təmin olunub-olunmamasından asılı olmayaraq, işdə iştirak edən şəxslərin məhkəmə qərardadından şikayət vermək hüququnu ehtiva edir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.
Son xəbərlər
Son Xəbərlər