Prezident seçkilərinin nəticələri təsdiqləndi - Video - Yenilənib

prezident-seckilerinin-neticeleri-tesdiqlendi
Oxunma sayı: 7566

Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılır.

***

Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticəsini təsdiqləyib.

Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.